line-1line-2
AesmaAesma
AesmaAesma
Jurnal haqqındaRedaksiya heyətiNəşr etikasıMəqalə təqdimat qaydalarıArxivƏlaqə
ISSN 2218-8444
AesmaAesma
Aesma

Məqalə təqdimatı qaydaları

Məqaləni təqdim et
Məqalə təqdimatı

“Əmək və sosial münasibətlər” jurnalına məqalə təqdim etdiyiniz üçün təşəkkür edirik. Jurnala təqdim edilən bütün məqalələr yalnız müəyyən edilmiş yazı qaydalarına uyğun hazırlandıqda rəy və nəşr prosesinə qəbul edilir. Zəhmət olmasa məqalənizi göndərməzdən əvvəl jurnalın tələbləri əsasında diqqətlə tanış olun və məqaləni bu qaydalara uyğun şəkildə hazırlayın.

Məqalə faylı üçün tələblər

Məqalə faylı aşağıdakı tələblərə uyğun hazırlanmalıdır:

  • Məqalə üzərində işləyən bütün müəlliflərin adları və onların əsas iş yerləri göstərilməlidir.

  • Məqalə geniş bölmələrdən ibarət olmalıdır (xülasə, giriş, metodologiya, nəticə və s.).

  • Mövzu ilə bağlı əvvəllər dərc olunmuş elmi əsərlərə istinad edilməli və ədəbiyyat siyahısı hazırlanmalıdır.

Əgər məqalənin təqdim olunmasında müəlliflər arasında məqalənin bölmələr üzrə işlənilməsi tələb olunursa, bu razılıq yazılı şəkildə təqdim edilə və ya elektron məktub vasitəsilə bildirilə bilər.
Məqalələr Word formatında qəbul olunur.

Məqalənin hazırlanması

Məqalə strukturu
Məqalə aşağıdakı əsas bölmələrdən ibarət olmalıdır:

  • Giriş

  • Ədəbiyyat araşdırması

  • Materiallar və metodlar

  • Müzakirə

  • Nəticə

  • Ədəbiyyat siyahısı

Dil tələbləri

Məqalədə qrammatik səhvlərə yol verilməməli və aydın şəkildə yazılmalıdır. Məqaləni göndərməzdən əvvəl dil mütəxəssisi tərəfindən yoxlanılması tövsiyə olunur.

Başlıq səhifəsi

Başlıq səhifəsində aşağıdakı məlumatlar göstərilməlidir:

  • Məqalənin adı

  • Müəlliflərin tam adı (ad, ata adı, soyad)

  • Müəlliflərin işlədikləri təşkilatlar

  • Poçt ünvanları

  • ORCİD kodları

  • Aparıcı müəllif (*) ulduz işarəsi ilə qeyd edilməlidir.

Xülasə və açar sözlər

Xülasə:
Xülasə üç dildə: azərbaycan, rus və ingilis dillərində yazılmalıdır. Bütün məqalələr üçün 250–300 sözdən ibarət xülasə hazırlanmalıdır. Xülasədə məqalənin əsas məğzi, məqsədi, metodologiyası və elmi nəticəsi göstərilməlidir.

Açar sözlər:
Açar sözlər məqalənin məzmununu əks etdirməli və 5 sözdən az olmamalıdır.

Məqalə formatı
  • Şrift: Times New Roman

  • Ölçü: 12 pt

  • Sətirlərarası məsafə: birqat

Bütün məqalə, o cümlədən ədəbiyyat siyahısı birqat sətir aralığı ilə hazırlanmalıdır.

Məqalənin həcmi

Redaksiya heyəti təqdim edilən məqalələrin 7000 sözdən artıq olmamasını tələb edir. Bu həcmə xülasə və ədəbiyyat siyahısı da daxildir.
Giriş və nəticə bölmələrinin olması məcburidir.

Sitatlar
  • Sitatlar cüt dırnaq işarəsi və kursiv ilə göstərilməlidir.

  • Təkliflər və annotasiyalar tək dırnaq işarəsi ilə qeyd olunmalıdır.

Cədvəl və şəkillər
  • Bütün cədvəl və şəkillər mətnə mümkün qədər yaxın yerləşdirilməlidir.

  • Cədvəllər və şəkillər nömrələnməli və adları qeyd olunmalıdır (məsələn, Cədvəl 1, Şəkil 1).

  • Cədvəl nömrəsi və başlığı cədvəlin yuxarısında, şəkil haqqında məlumat isə aşağı hissəsində yerləşdirilməlidir.

  • Şəkillərin keyfiyyəti minimum 300 dpi olmalıdır.

  • Başqa mənbədən götürüldükdə mənbəyə mütləq istnad olunmalıdır.

Qeydlər

Qeydlər mümkün qədər minimum istifadə edilməlidir. Mümkün olduqda dibnot əvəzinə sonnotlardan istifadə edilməlidir. Bütün qeydlər əsas mətnin sonunda birqat sətir aralığı və 10 şrift ilə yerləşdirilməlidir. Biblioqrafik qeydlərdən istifadə qəbul edilmir.

Qaynaqlar və istinadlar

İstinadlar və ədəbiyyat siyahısı MLA referens formatına uyğun hazırlanmalıdır.
Ədəbiyyat siyahısındakı mənbələr:

  • əlifba sırası ilə

  • xronoloji ardıcıllıqla təqdim edilə bilər.

Kitab rəyi

Kitab rəyi 1000–2000 söz aralığında olmalıdır.
Tənqidi rəy isə 3000–5000 söz həcmində təqdim edilməlidir.
İlkin səhifədə aşağıdakı məlumatlar verilməlidir:

  • Məqalənin adı

  • Müəlliflərin adı və iş yeri

  • 200 sözdən artıq olmayan xülasə

  • 5 açar söz

Bütün şəkillər, fotolar və cədvəllər nömrələnməlidir. Kitab rəyi mətnin sonunda 2 ədəbiyyatdan çox olmayan mənbə ilə təqdim edilməlidir.

Heydər Əliyev Fondu
Heydər Əliyev Fondu
heydar-aliyev-foundation.org
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti
president.az
Azərbaycan Respublikasının I Vitse-Prezidenti
Azərbaycan Respublikasının I Vitse-Prezidenti
mehriban-aliyeva.az
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
ahik.org
Heydər Əliyev Fondu
Heydər Əliyev Fondu
heydar-aliyev-foundation.org
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti
president.az
Azərbaycan Respublikasının I Vitse-Prezidenti
Azərbaycan Respublikasının I Vitse-Prezidenti
mehriban-aliyeva.az
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
ahik.org
AHIKAesma

Əmək və sosial münasibətlər sahəsində elmi və praktik tədqiqatların yayımlandığı akademik platforma.

Səhifələr
  • Ana səhifə
  • Jurnal haqqında
  • Arxiv
  • Nəşr etikası
Məlumatlar
  • Məqalə təqdimat qaydaları
  • Məqalə təqdim et
  • Əlaqə
Bizimlə əlaqə
  • Azadlıq prospekti, 181, Bakı
  • journal@aesma.edu.az
  • +994 (12) 526-58-41
  • +994 (12) 526-58-42
Bizi İzləyin

@aesma.edu.az

Aesma

© 2026 Bütün hüquqlar qorunur.

Şərtlər və qaydalarMəxfilik siyasəti
Ana səhifəMəqalə təqdimatı qaydaları