line-1line-2
AesmaAesma
AesmaAesma
Jurnal haqqındaRedaksiya heyətiNəşr etikasıMəqalə təqdimat qaydalarıArxivƏlaqə
ISSN 2218-8444
AesmaAesma
Aesma

Nəşr etikası

Ümumi prinsiplər

“Əmək və Sosial Münasibətlər” elmi araşdırmalar jurnalı və onun redaksiya heyəti nəşr fəaliyyətinin bütün mərhələlərində ədalətli, şəffaf və peşəkar fəaliyyət göstərməyi öz öhdələrinə götürürlər. Jurnalın nəşr prosesində iştirak edən bütün tərəflər – müəlliflər, redaktorlar, rəyçilər və nəşriyyatçı – müəyyən edilmiş etik qaydalara riayət etməlidirlər.

Jurnal akademik dürüstlük, elmi obyektivlik və etik davranış prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir və nəşr prosesinin bütün mərhələlərində bu prinsiplərin qorunmasını təmin etməyə çalışır.

Redaktorların rolu

Sahələr üzrə məsul katiblərin əsas vəzifəsi jurnal üçün təqdim edilən məqalələrin elmi keyfiyyətini və jurnalın məqsədinə uyğunluğunu qiymətləndirməkdir. Bu prosesdə onlar məqalənin keyfiyyətini, jurnalın elmi istiqamətinə uyğun olub-olmadığını və məqalənin orijinallığını nəzərə alırlar.

Sahələr üzrə məsul katiblər təqdim olunmuş məqalələr haqqında məlumatı yalnız rəyçilər və redaksiya heyəti üzvləri ilə paylaşa bilərlər. Onlar rəy prosesinin operativ və obyektiv şəkildə həyata keçirilməsini təmin etməli və məqalələri irqi, cinsi, etnik mənsubiyyət, dini baxış və ya digər şəxsi xüsusiyyətlərdən asılı olmayaraq yalnız elmi məzmun əsasında qiymətləndirməlidirlər.

Rəyçilərin rolu

Rəy prosesi məsul katiblərin qərar qəbul etməsinə kömək edən və məqalənin elmi səviyyəsini artıran mühüm mərhələdir. Rəyçilər məqalədə istinad edilməmiş, lakin mövzu ilə bağlı olan digər elmi nəşrləri göstərməli və mövcud ədəbiyyatla oxşarlıqları qeyd etməli və nəşr edilməsi üçün fikirlərini bildirməlidirlər.

Rəyçilər məqalələri qiymətləndirərkən şəxsi maraqlardan, rəqabət faktorundan və ya maliyyə maraqlarından təsirlənməməlidirlər. Əgər rəyçi məqaləni qiymətləndirmək üçün kifayət qədər kompetensiyaya malik olmadığını düşünürsə, bu barədə redaktoru məlumatlandırmalıdır. Rəy prosesi zamanı təqdim edilən məqalələr məxfi sənəd kimi qəbul edilməli və redaktorun icazəsi olmadan üçüncü şəxslərlə paylaşılmamalıdır.

Müəlliflərin rolu

Məqalə təqdim edən müəlliflər yalnız orijinal və daha əvvəl heç bir yerdə dərc edilməmiş elmi işləri təqdim etməlidirlər. Müəlliflər tədqiqatın nəticələrini aydın, düzgün və elmi standartlara uyğun şəkildə təqdim etməli və istifadə etdikləri bütün mənbələrə düzgün istinad verməlidirlər.

Məqalənin hazırlanması zamanı tədqiqatın dizaynı, eksperimentlərin aparılması, məlumatların təhlili və nəticələrin şərhi kimi mərhələlərdə mühüm rol oynamış şəxslər həmmüəllif kimi qeyd edilməlidir. Əgər müəllif təqdim etdiyi məqalədə ciddi səhv və ya yanlışlıq aşkar edərsə, məqalənin düzəldilməsi və ya geri çəkilməsi üçün jurnal redaksiyasına dərhal məlumat verməlidir.

Nəşr etikası və plagiat siyasəti

Müəlliflər “Nəşriyyat Etikası Komitəsi”nin (COPE – Committee on Publication Ethics) müəyyən etdiyi bütün etik qaydalara riayət etməlidirlər. Elmi məlumatların saxtalaşdırılması, manipulyasiya edilməsi və ya qəsdən təhrif edilməsi nəşr etikasına zidd hesab olunur.

Plagiat, istinadsız mənbə istifadəsi, məlumatların saxtalaşdırılması və digər etik pozuntular ciddi şəkildə qadağandır. Bu kimi hallarla qarşılaşdıqda məsələ COPE qaydalarına uyğun olaraq araşdırılacaq və müvafiq tədbirlər görüləcəkdir.

Ana səhifəNəşr etikası
AHIKAesma

Əmək və sosial münasibətlər sahəsində elmi və praktik tədqiqatların yayımlandığı akademik platforma.

Səhifələr
  • Ana səhifə
  • Jurnal haqqında
  • Arxiv
  • Nəşr etikası
Məlumatlar
  • Məqalə təqdimat qaydaları
  • Məqalə təqdim et
  • Əlaqə
Bizimlə əlaqə
  • Azadlıq prospekti, 181, Bakı
  • journal@aesma.edu.az
  • +994 (12) 526-58-41
  • +994 (12) 526-58-42
Bizi İzləyin

@aesma.edu.az

Aesma
Şərtlər və qaydalarMəxfilik siyasəti